SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə meşə yanğınları şiddətlənib - 3 nəfər ölüb, 138 nəfər xəsarət alıb

Türkiyədə meşə yanğınları şiddətlənib - 3 nəfər ölüb, 138 nəfər xəsarət alıb
29-07-2021, 19:44

Türkiyənin Antalya, Muğla, Adana vilayətlərində daha güclü olmaqla ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və yerli hakimiyyət orqanları yanğınların qarşısını almaq üçün bütün imkanları səfərbər ediblər. Yanğınların söndürülməsinə təyyarələr, helikopterlər, yanğınsöndürən maşınlar və canlı qüvvələr cəlb edilib.

Antalyanın Manavgat rayonundakı yanğınlarda 3 vətəndaş ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.

Əhaliyə, dövlətə və təbiətə külli miqdarda zərər dəyib.

Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə Böhran Mərkəzi yaradılıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ekoloji böhran hadisəsi ilə bağlı birgə brifinq keçiriblər.

Ən son məlumata görə, ölkə üzrə 17 vilayətdə 53 nöqtədə yanğın baş verib. Yanğın ocaqlarının 36-da vəziyyət nəzarətə götürülüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031