SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib

Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib
25-04-2019, 15:17

“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.

NAXCİVANXEBERLERİ.COM “RT”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.

Aprelin 25-də Vladivostokda Şimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideri Kim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: “Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031