SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çinin Henan əyalətindəki daşqınlar 71 nəfərin həyatına son qoyub

Çinin Henan əyalətindəki daşqınlar 71 nəfərin həyatına son qoyub
27-07-2021, 17:20

Çinin mərkəzi Henan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl 69 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilirdi. Əyalətin inzibati mərkəzi olan Çjençjoy şəhərində metronun su altında qalması nəticəsində ölmüş daha 2 nəfərin meyiti aşkar edilib.

Daşqınların 13,32 milyon sakinə və 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurduğu bildirilir.

Yerli hakimiyyət orqanları daşqınlar nəticəsində 10 min tikilinin dağıldığı, 22 min tikiliyə zərər dəydiyini açıqlayıb. Əyalətə 2,15 milyard ABŞ dollarınadək birbaşa zərər dəydiyi güman edilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031