SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiyalı bacı-qardaş eyni gündə olimpiya çempionu oldu

Yaponiyalı bacı-qardaş eyni gündə olimpiya çempionu oldu
25-07-2021, 15:44

Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, H.Abe 66 kq, U.Abe isə 52 kq çəkidə olimpiya çempionu olub. Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini yenib. Bu çəkidə Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.

Qeyd edək ki, Hifumi Abenin 24, Uta Abenin 21 yaşı var. Yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da eyni çəkidə qızıl medal qazanıb. Eyni zamanda, H.Abe 2017-ci, U.Abe isə 2019-cu il dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndi onlar karyeralarında ilk dəfə olimpiya çempionluğu əldə ediblər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930