SON DƏQİQƏ

naxcivanxeberleri.com

UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər

UNESKO avtotunelin inşa ediləcəyi təqdirdə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər
25-07-2021, 09:17

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESKO) İngiltərə səlahiyyətlilərini qədim Stounhedc daşları yaxınlığında avtotunelin tikintisi layihəsinə yenidən baxılmayacağı təqdirdə tarixi abidəni Dünya irsi obyektləri siyahısından çıxarıla biləcəyi barədə xəbərdarlıq edib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, Birləşmiş krallıq iki obyektinin bu fəxri statusdan məhrum ediləcəyi dünyanın ilk ölkəsi ola bilər.

"UNESKO"nun Ümumdünya İrs Komitəsinin açıqlamasında deyilir: "Layihə, bu tarixi abidənin görkəmli universal dəyərinin qorunması üçün mümkün olan ən yaxşı nəticəni təmin etmək üçün yenidən nəzərdən keçirilməlidir".

Daha əvvəl "UNESCO", 2004-cü ildə ingilis sənayesinin sürətli inkişaf dövrünün simvolu olaraq Dünya irsi obyektləri statusu verilən Liverpul limanını və tarixi şəhər mərkəzini siyahıdan çıxarıb. Təşkilatda izah edildiyi kimi, qərarın qəbul edilməsinə səbəb şəhərin yenidən qurulması ilə bağlı işlər olub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930