SON DƏQİQƏ

naxcivanxeberleri.com

Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb

Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb
24-07-2021, 17:17

Cənubi Afrikanın mərkəzi hissəsində dünən gecə ən aşağı temperatur üzrə rekord qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM-un TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SABC radiostansiyası Cənubi Afrika Meteorologiya Xidmətinə istinadən məlumat verib.

Sinoptiklərin bildirdiyinə görə, iyulun 24-nə keçən gecə ölkənin 19 bölgəsində minimal temperatur üzrə tarixi rekordlar qırılıb. Belə ki, Kimberli şəhərində və ətraf bölgələrdə şaxta mənfi 9,9 dərəcə Selsiyə çatıb. Bütün meteoroloji müşahidələr dövründə orada heç vaxt belə kəskin soyuq hava olmayıb. Yohannesburqda dünən gecə havanın temperaturu mənfi 7 dərəcəyə düşüb. Burada əvvəlki soyuq hava rekordu (-6,3 dərəcə) 1995-ci il iyulun 19-da qeydə alınmışdı.

Uzun illərdən bəri ilk dəfə Cənubi Afrikanın müxtəlif bölgələrinə qar yağıb. SABC qeyd edir ki, uşaqlar və yeniyetmələr bu ərazilərdə qar yağışını ilk dəfə görüblər. Yerlərin buz bağlaması səbəbindən çox sayda magistral yol bağlanıb.

Cari şaxtalar Afrikanın cənubuna Antarktidadan gəlib. “Buzlu qitə” Afrika qitəsinin cənub nöqtəsindən təxminən 4 min km məsafədə yerləşir. Soyuq havanın Cənubi Afrikada bir həftə də davam edəcəyi gözlənilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930