SON DƏQİQƏ

naxcivanxeberleri.com

COVID-19-un ağır keçməsinin yeni səbəbi aşkar edilib

COVID-19-un ağır keçməsinin yeni səbəbi aşkar edilib
24-07-2021, 14:30

ABŞ-dan olan alimlər nazofarenksdən (udlağın burun hissəsi) alınan analizlər əsasında koronavirus infeksiyasının gedişatının ağırlığını proqnozlaşdırmağın yeni yolunu tapıblar.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqat “Cell” jurnalında dərc olunub.

Boston Uşaq Xəstəxanasının əməkdaşları Massaçusets Texnologiya İnstitutu və Mississippi Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ilə birlikdə koronavirusa yoluxmuş 35 xəstənin burnundan götürülmüş yaxmaları araşdırıblar. Alimlərin fikrincə, nazofarenksdən götürülən analizlər qan nümunələrini araşdırmaqdan daha effektivdir.

Araşdırma müəllifləri burun və boğazdakı epitel hüceyrələrinin SARS-CoV-2-yə yoluxma zamanı ciddi dəyişikliklərə məruz qaldıqlarını aşkar ediblər. Belə ki, COVID-19-un yüngül və orta dərəcədə ağır formalarını keçirən xəstələrdə bu hüceyrələrdə antiviral reaksiyaya cavabdeh olan genlər, xüsusən də I tip interferonla stimullaşdırılanlar aktivləşib.

Xəstəliyin ağır formasını keçirən insanlarda isə epitel hüceyrələrinin interferona zəif reaksiyası səbəbindən antiviral reaksiyalar, əksinə, çox zəif olub. Onların yaxmalarında iltihab reaksiyalarını gücləndirən çox sayda makrofaq və digər immun hüceyrələr aşkar edilib.

Tədqiqatçılardan biri olan Xose Ordovas-Montaneysin sözlərinə görə, immunitet sisteminin fəaliyyətinin tənzimlənməsinə kömək edən interferona qarşı pozulmuş reaksiya insanları həm koronavirusa, həm də digər infeksiyalara qarşı daha həssas edir.

İndi alimlər bu reaksiyanın səbəbini öyrənməyi, eləcə də bunu burun spreyi və ya damcısı ilə gücləndirməyin mümkün olub-olmadığını anlamağı planlaşdırırlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930