SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi

Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi
23-07-2021, 15:44

Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske bütün cüdoçulara Tokio Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan cüdo üzrə qara kəmər sahibi olimpiadada qələbəni kosmosa uçuşla müqayisə edib.

"Həyatım boyunca cüdonun dəyəri mənim üçün həmişə faydalı olub. Kosmonavt olmaq cüdo üzrə olimpiya çempionluğu kimidir. Çünki bu, ehtiras və çoxillik məşq tələb edir. Olimpiadada hamıya uğurlar arzulayıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, Toma Peske 2016-cı ildə "Soyuz MS-03" kosmik gəmisi heyətinin göyərtə mühəndisi kimi ilk uçuşunu həyata keçirib. Bu ilin aprelində o, "Crew Dragon" ekipajının tərkibinə daxil edilib. Pekeni orbitdə 6 ay gözləyir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930