SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Twitter”in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb

“Twitter”in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb
23-07-2021, 14:29

Ötən ili 1,386 milyard ABŞ dolları zərərlə başa vuran “Twitter Inc.” mikrobloqlar xidmətinin cari ilin birinci yarımili üzrə xalis gəliri 133,654 milyon ABŞ dolları təşkil edib.

NAXCİVANXEBERLERİ.COM “Prime” agentliyinə istinadən xəbər verir ki, şirkətin mədaxili illik ifadədə 1,5 dəfə artaraq 2,226 milyard ABŞ dollarına çatıb.

İlin üçüncü rübü üçün ümumi mədaxilin 1,22-1,3 milyard ABŞ dolları, əməliyyat məsrəflərinin 50 milyon ABŞ dollarınadək olacağı gözlənilir. İlin yekunlarına görə əsas xərclərin 900-950 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın “Twitter Inc.” şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkətin əsas məhsulu qısa ismarışların mübadilə edildiyi sosial şəbəkədir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930