SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsrail kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlayır

İsrail kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlayır
21-07-2021, 18:43

“İsrail internetdəki kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlamağa başlayıb”.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bunu bu gün Təl-Əviv Universitetində keçirilən “Cyber Week” konfransında İsrailin baş naziri Naftali Bennet səsləndirib.

Onun sözlərinə görə, söhbət qlobal şəbəkənin real vaxtda onlayn qorunmasından gedir: “Bu baxımdan təşəbbüs çərçivəsində dünyadakı həmfikir ölkələrin tərəfdaş hökumətləri kibertəhlükəsizlik sahəsindəki təhdidləri ortaq şəkildə müəyyən edəcəklər, həmçinin kiberhücumların qarşısını almaq və onları araşdırmaq, kibertəhdidlərə qarşı “peyvənd” yaratmaq üçün həll yolları hazırlayacaqlar. Tək mübarizə aparmağa çalışsan, uduzacaqsan. Birlikdə mübarizə aparsaq, qazanacağıq”.

“Bütün yaxşı dövlətləri kibertəhdidlərə qarşı mübarizədə qüvvələri birləşdirməyə dəvət edirik”, - İsrailin Baş naziri bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031