SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirus vaksini yaradıcısının səhmlərinin ticarəti 17 dəfə artdı

Koronavirus vaksini yaradıcısının səhmlərinin ticarəti 17 dəfə artdı
21-07-2021, 16:23

“Moderna” biotexnologiya şirkətinin səhmlərinin ticarət həcmi ötən gün 34 milyard ABŞ dolları təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu, son yarım il üzrə orta göstəricidən 17 dəfə çoxdur. Həmin dövrdə şirkətin qiymətli kağızları ilə gündəlik ticarətinin həcmi orta hesabla 2 milyard dollar olub.

Ancaq 20 iyulda ticarət sessiyasının son saniyyəsində 10 milyard dollarlıq əqdlər qeydə alınıb. Həcmin artımı şirkətin səhmlərinin “S&P 500” indeksinə daxil edilməsi ərəfəsində baş tutub.

Qeyd edilir ki, ilkin olaraq bazar iştirakçıları arasından “Moderna”nın populyarlığı COVID-19-a qarşı effektiv vaksin yaradandan sonra baş verdi. Qiymətli kağızlara marağın kəskin artması isə koronovirusun "Delta" ştamı ilə bağlı artan narahatçılıq ilə əlaqələndirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031