SON DƏQİQƏ

naxcivanxeberleri.com

Almaniya daşqının nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq

Almaniya daşqının nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq
21-07-2021, 17:25

Almaniya hökuməti dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması üçün təcili yardım qismində 200 milyon avro ayırmağa qərar verib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Olaf Şolts bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Təcili yardım olunacaq. Bu baxımdan indi təxminən 400 milyon avroya ehtiyacımız var, hökumət 200 milyon avro təklif edib. Məbləğin həcmini əvvəlki bənzər təbii fəlakətlərdə ayrılan həcm ilə müəyyənləşdirmişik. Amma çox vəsait lazım gələrsə, daha çoxunu verəcəyik”, - nazir deyib.

Hazırkı anda ehtiyac duyulan 400 milyon avronun yerdə qalan 200 milyonu isə federal torpaqlar tərəfindən təmin ediləcək.

Səlahiyyətlilər təcili yardımla yanaşı, dağılmış infrastrukturun bərpası üçün fond yaratmağı planlaşdırırlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031