SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Mongabay” saytı Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı geniş məqalə dərc edib

“Mongabay” saytı Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı geniş məqalə dərc edib
14-07-2021, 12:29

Dünyanın ekologiya və ətraf mühit məsələlərindən bəhs edən məhşur “Mongabay” saytı Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı geniş məqalə dərc edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, məqalədə Oxçuçayın Azərbaycan üçün təhlükəyə çevrildiyi qeyd olunub.

Bildirilir ki, Oxçuçay mənbəyini Ermənistan ərazisindən götürür, mədən sənayesi üçün zəngin torpaqlardan keçərək Azərbaycana axır və burada əsas suvarma sistemlərindən birini çirkləndirərək kövrək bir ekosistemi təhdid edir. Beynəlxalq hüquqa əsasən, sərhədlərarası çirklənmə getdikcə mübahisəli bir mövzu halına gəlir.

Məqalədə Alman şirkətinin də Oxçuçayın çirkləndirilməsində rolu olduğu qeyd olunur. Sərhədin digər tərəfində mədən yataqları ilə zəngin dağ bölgəsi olan Syunik yerləşir. Bura, Ermənistanda ən böyük Alman qrupu olan “Cronimet”-ə məxsus Kajaran mədəninin yerləşdiyi yerdir. Bu mədən Ermənistanın mədənçilik gəlirlərinin 60% -dən çoxunu təşkil edir.

Məqalədə həmçinin vurğulanır ki, hətta Dünya Bankı da Ermənistanda mədən sənayesinin ətraf mühiti çirkləndirməsi ilə bağlı narahatlığını ifadə edib.

Dünya Bankı Ermənistan üçün mədən-davamlılıq qiymətləndirməsi aparan zaman ətraf mühiti qorumaq üçün lazımi yoxlama və ya tullantıların idarə olunması sistemləri müəyyən etdi. Eyni zamanda, Bank təcili strateji müdaxilələrin edilməsinə çağırdı, lakin mədənçiliyin ekoloji risklərini həll etmək üçün Ermənistanda “təcrübə və bilik çatışmazlığı” olduğunu qeyd etdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031