SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nüvə proqramı ilə əlaqədar müzakirələr sona yaxınlaşır - İran XIN

Nüvə proqramı ilə əlaqədar müzakirələr sona yaxınlaşır - İran XIN
12-07-2021, 19:13

İranın nüvə proqramı ilə əlaqədar Avstriyanın Vyana şəhərində davam edən müzakirələr prosesinin sona yaxınlaşdığını demək olar.

NAXCİVANXEBERLERİ.COM İran Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, bəzi həll olunmamış məsələlər hələ də qalmaqdadır. Lakin həll edilən məsələlər daha çoxdur: “Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Tərəflərin qarşılıqlı şəkildə öz qərarlarını verəcəyinə ümid edilir. Belə olan halda, hamı üçün münasib anlaşma əldə olunacaq”.

Xətibazadə əlavə edib ki, Vyana müzakirələrində bir çox mətnlərin hazırlanması irəliləyişdir. Bu məsələ tərəflərə prosesi tam şəkildə dərk etmək imkanı yaradır.

İran XİN rəsmisi deyib ki, nüvə müzakirələri ilə əlaqədar anlaşmanın tez bir zamanda əldə olunması İranın xeyrinədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031