SON DƏQİQƏ

naxcivanxeberleri.com

Britaniyalı ekspert: Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən kənar olduğunu əks etdirir

Britaniyalı ekspert: Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən kənar olduğunu əks etdirir
11-07-2021, 23:30

Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən uzaq olduğunu əks etdirir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikri britaniyalı alim və Ukrayna üzrə mütəxəssis Taras Kuzio Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri zamanı bu qədim şəhərlə bağlı təəssüratlarını bölüşməsinə ermənilərin haqsız reaksiyası ilə bağlı tvitterdəki paylaşımında qeyd edib.

Britaniyalı alim ermənilərin Ukrayna səfirinin tvitterdə paylaşdığı fikirlərə belə çirkin hücumlarını sərt şəkildə qınayaraq fikirlərini bir neçə istiqamətdə şərh edib. Ermənistanın daha çox millətçi (faşist) ölkə olduğunu vurğulayan T.Kuzio bildirib ki, ermənilərin “məhv edilməsi” baş verməyib. Ən böyük hərbi cinayət 1992-ci ildə Xocalıda 600-dən çox azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsidir. O, ermənilərin ifadə etdikləri kimi “təcavüzkarlıq” aktının baş vermədiyini, Azərbaycanın öz torpaqlarını azad etdiyini vurğulayıb. “Azərbaycan beynəlxalq səviyyədə öz əraziləri kimi tanınan torpaqları “işğal” edə bilməz!”, - deyə T.Kuzio paylaşımında bildirib.

Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşa qalasının qarşısından çəkdiyi fotosunu tvitterdə paylaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031