SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cashback-ı bitkoinlə olan ilk bank kartı buraxılıb

Cashback-ı bitkoinlə olan ilk bank kartı buraxılıb
7-07-2021, 23:11

Kripto valyutalarla bağlı xidmətlər göstərən “BlockFi” şirkəti “Visa” ödəniş servisilə birgə bitkoin cashback-li ilk bank kartını dövriyyəyə buraxıb.

NAXCİVANXEBERLERİ.COM “Forbes”ə istinadən xəbər verir ki, bu barədə “BlockFi”nın açıqlamasında bildirilir.

Şirkətin baş direktoru Zak Prins (Zac Prince) yeni kartların bu ayın sonundan növbə siyahısında qeyd olunan müştərilərə veriləcəyini bildirib.

“BlockFi”s Rewards Card”lara hər alış-verişdən 1,5 faizlik cashback gəlməklə, illik 50 min dollar həddindən artıq xərclənən hər dollar üçün 2 faiz artacaq. Yeni müştərilər ilk 90 gün ərzində, yaxud bitkoin məbləği 100 min dollar həddinə çatanadək 3,5 faizlik cashback alacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031