SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda Sibir xorası yayılır

Ermənistanda Sibir xorası yayılır
2-07-2021, 20:34

Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:

“Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”.

Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031