SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Talibançılar” Əfqanıstanda sərhəd postunu ələ keçirdi

“Talibançılar” Əfqanıstanda sərhəd postunu ələ keçirdi
27-06-2021, 22:10

“Taliban” hərəkatının silahlıları bu gün səhər Əfqanıstanın Balx əyalətinin Kaldar rayonunun Çukçuk sərhəd məntəqəsində posta hücum edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM Tacikistanın 

“Khovar.tj” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, yerli vaxtla saat 12:50-yə qədər davam etmiş toqquşma nəticəsində hökumət qüvvələrinin 17 hərbi qulluqçusu müqaviməti davam etdirə bilməyiblər və Tacikistan ərazisinə keçiblər.

Regionda ümumi vəziyyət mürəkkəb olaraq qalır. "Taliban" silahlıları ilə Əfqanıstanın hökumət qüvvələri arasında silahlı toqquşmalar davam edir.

Qeyd edək ki, daha əvvəl Faryab əyalətinin Andoy rayonu “Taliban” silahlılarının nəzarəti altına keçib. Döyüşçülər rayona silahlı hücum təşkil edib. Hücum zamanı rayonun mərkəzi “Taliban” tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olub.

Əfqanıstanda son 2 ayda ümumilikdə 30-a yaxın rayon “taliblər”in nəzarəti altına keçib. BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031