SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlər COVID-19-un Hindistan ştammının dörd yeni simptomunu açıqlayıb

Alimlər COVID-19-un Hindistan ştammının dörd yeni simptomunu açıqlayıb
21-06-2021, 23:10


COVID-19-un Hindistan ştammına yoluxmuş xəstələr dörd yeni simptomla qarşılaşıblar.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Çennai şəhərindən olan həkim-infeksionist Abdula Qafur bildirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Qafur vurğulayıb ki, pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi.

Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var.

“Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031