SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub

Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub
21-06-2021, 16:00

Ermənistan ordusunun keçmiş hərbçisi, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Artur Ayvazyana qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, Ayvazyan saxlanıldıqdan sonra polis bölməsinə aparılıb. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Onun vəkili Ara Zakaryan hansı xuliqanlıqdan söhbət getdiyini bilmir. Onun sözlərinə görə, müvəkkili hesab edir ki, siyasi məsələlərlə bağlı təqib edilir: “Ayvazyan müddətsiz aclıq elan edib”.

Məlumata əsasən, o, “Monax” ləqəbi ilə də tanınır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031