SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada istilər səbəbindən qaz qiymətləri ən yüksək həddə çatıb

Avropada istilər səbəbindən qaz qiymətləri ən yüksək həddə çatıb
21-06-2021, 14:18

Avropa ölkələrinin məruz qaldığı isti hava qaz qiymətlərini yeni həddə çatdırıb. Hazırda “mavi yanacağın” 1 000 kubmetri 363 ABŞ dollarına satılır.

NAXCİVANXEBERLERİ.COM Neft-Qaz İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu, Niderlandın TTF habında qeydə alınmış qazın tədarük qiymətidir.

Bu, 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir.

Xatırladaq ki, 3 il əvvəl Avropada soyuq qış səbəbindən 1 000 kubmetr qazın qiyməti 1 000 ABŞ dollarınadək yüksəlmişdi.

2021-ci ilin yanvarından etibarən TTF habında orta qiymət 1 000 kubmetr üçün 264 ABŞ dolları olub. Rusiyanın qaz ixracatçısı olan “Qazprom”un büdcəsində isə qazın 2021-ci il üçün qiyməti 1 000 kubmetr üçün 170 ABŞ dolları kimi nəzərdə tutulub.

Nəşr qeyd edir ki, isti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031