SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan polisi keçirilən parlament seçkilərində 21 pozuntu olduğunu bildirdi

Ermənistan polisi keçirilən parlament seçkilərində 21 pozuntu olduğunu bildirdi
20-06-2021, 16:30

Ermənistan hüquq-mühafizə orqanlarına bu gün keçirilən növbədənkənar parlament seçkilərində 21 qanun pozuntusu barədə məlumat daxil olub, yeddi hadisə üzrə cinayət məsuliyyəti faktına dair yoxlama aparılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyan bildirib.

Onun sözlərinə görə, indiyə qədər 21 pozuntu qeydə alınıb, onlardan yeddisi cinayət əməli hesab olunur, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etməsi cəhdidir.

A.Mkrtçyan qeyd edib ki, bütün seçkiqabağı dövr ərzində 176 pozuntu qeydə alınıb. Bunların əksəriyyəti seçicilərin rüşvət almaqla aldatma halları ilə əlaqədardır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031