SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maxaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq

Maxaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq
20-06-2021, 09:42

Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında 4 iyul tarixindən birbaşa aviareyslər təşkil edilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Bildirilir ki, "S7 Airlines" şirkəti tərəfindən həyata keçiriləcək uçuşların ilk reysi iyulun 4-ə Bakı vaxtı ilə 02:05-də nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan və bir yaşdan yuxarı bütün sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031