SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda prezident seçkiləri keçirilir

İranda prezident seçkiləri keçirilir
18-06-2021, 09:09

İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla bu gün saat 07:00-da başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır.

Prezident seçkilərində namizədlərin üçü mühafizəkarlar düşərgəsi, biri isə (Əbdülnasir Hemməti) islahatçılar düşərgəsindəndir.

Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və lazım gələrsə, 02:00-dək davam edə bilər.

İranda bölgü əsasında 31 vilayət, 450 rayon var. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçici iştirak edə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031