SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır
20-04-2019, 19:30

Bir millimetrdən on santimetrə qədər ölçüyə malik bir milyarddan çox kosmik fəza qırıntısı Yerətrafı orbitdədir.

NAXCİVANXEBERLERİ.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələri Qoşunlarının Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi Oleq Aksenov bildirib.

"Bu gün mütləq ifadədə xırda hissəciklərin miqdarı 1,25 milyard qiymətləndirilir", - deyə o, Moksvada keçirilən kosmik problemlər üzrə konfransda bildirib.

Aksenovun sözlərinə görə, söhbət 1 millimetrdən 10 santimetrə qədər ölçüyə malik hissəciklərdən gedir.

NASA tərkibindəki Conson adına Kosmik Mərkəz bölməsinin saytında dərc edilmiş məlumatlara əsasən orbitdə 1-10 santimetrə qədər 500 min obyekt və 1 millimetrdən çox 100 milyon hissəcik mövcuddur. Onların uçuşunun sürəti saniyədə 7-8 kilometrdən 10-15 kilometrə qədər təşkil edir. Onların sürəti güllələrdən on dəfə çoxdur

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930