SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlin ilk Günəş tutulması başlayıb

İlin ilk Günəş tutulması başlayıb
10-06-2021, 15:09

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq.

Qeyd olunub ki, ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Rəsədxanadan bildirilib ki, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930