SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Nissan” qazlaşdırma proqramına başlayır

“Nissan” qazlaşdırma proqramına başlayır
10-06-2021, 17:11

“Nissan Mexicana” şirkəti bir sıra modelərini əhatə edən qazlaşdırma proqramına başladıqlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM “Auto-gas.net”-ə istinadən xəbər verir ki, proqram çərçivəsində V şəkilli mühərrikə malik “Nissan NP 300” pikapları, “Nissan March” (Avropada “Micra”) hatçbakları, “Urvan” minivanları, həmçinin brendin kommersiyalı avtomobilləri LPG və CNG yanacağına keçirilir.

Belə ki, ölkədə 2020-ci ildən satılan modellərdə “Gazo” şirkətilə birgə qaz çənləri avadanlığı quraşdırılacaq.

Hazırda Meksikada sözügedən avadanlıq quraşdırmaq üçün müvafiq sertifikatı olan 25 mərkəz fəaliyyət göstərir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930