SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada təbii qazın qiyməti üç ilin ən yüksək həddinə çatdı

Avropada təbii qazın qiyməti üç ilin ən yüksək həddinə çatdı
9-06-2021, 17:10

Avropada havaların dəyişkənliyi, habelə Norveçdən qaz tədarükünün azalması ilə təbii qaz bazarında qiymətlər son üç ilin maksimum həddinə çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Niderlanddakı TTF onlayn satış mərkəzində qazın bu günkü fyüçersləri 6 % artaraq 357 USD/1000 kubmetrdən satılıb ki, bu da 2018-ci ilin mart ayından bu yana ən yüksək rəqəmdir. Həmin vaxt regionda havaların kəskin soyuması nəticəsində TTF-də qaz 969 USD/1000 kubmetrə, Böyük Britaniyanın NBP mərkəzində isə hətta 1 227 USD/1000 kubmetrə çatmışdı.

Bu ilin ötən dövründə TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 257 USD/1000 kubmetr təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930