SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı
7-06-2021, 23:05

Cəbrayıl rayonunda bu gün aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Onlar müharibə zamanı itkin düşmüş hesab edilirdi.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 560 nəfərə çatıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031