SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran azərbaycanlı jurnalistlərin şəhid olması ilə əlaqədar başsağlığı verib

İran azərbaycanlı jurnalistlərin şəhid olması ilə əlaqədar başsağlığı verib
4-06-2021, 23:28

İran Azərbaycanın önəmli media qurumlarının iki jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyi öz Twitter səhifəsində paylaşıb.

İran Səfirliyi jurnalistlərin ailələrinə səbr diləyir: "Əziz şəhidlərin ruhuna rəhmət diləyirik".

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930