SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pandemiya dövründə artıq ölüm sayının ən çox olduğu ölkələr açıqlandı

Pandemiya dövründə artıq ölüm sayının ən çox olduğu ölkələr açıqlandı
3-06-2021, 21:44

Ötən il OECD üzvü olan dünyanın 29 yüksək gəlirli ölkəsində artıq ölüm sayının dəyişkənliyinə dair tədqiqata görə, bunun ən çox ABŞ, İtaliya, Böyük Britaniya, İspaniyada artdığı ortaya çıxıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Oksford Universitetinin əməkdaşı Ben Leysinin (Ben Lacey) rəhbərliyilə alimlər qrupunun “British Medical Journal”da (BMJ) dərc olunan tədqiqatında sözügedən ölkələrdə artıq ölüm sayının həftəlik, habelə yaş və cinsə görə dəyişkənliyi araşdırılıb.

Aparılan araşdırmalarda həmin ölkələrdə 2020-ci ildəki ölüm sayının orta hesabla əvvəlki illərə nisbətən 1 milyon çox olduğu, bir çox ölkələrdəki COVID-19 virusundan ölüm sayından xeyli çox olduğu üzə çıxıb. İlk dəfə artıq ölüm (ölüm sayının müəyyən bir müddət ərzində başqa dövrlərə nisbətən dəyişməsini əks etdirən statistik göstərici) səviyyəsinin ötən ilin yazında əhəmiyyətli dərəcədə artması diqqət çəkmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031