SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda ötən sutkada 198 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 198 nəfər koronavirusdan ölüb
30-05-2021, 16:25

İranda ötən sutka ərzində 198 nəfər koronavirusdan (COVID-19) ölüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 79 939 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8 876 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 902 094 nəfərə çatıb. Virus daşıyıcılarından 4 219 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 441 528 nəfər koronavirusdan sağalıb, 19,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 4,01 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3,49 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 515 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 8 şəhər qırmızı və 233 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 207 şəhər sarı zona hesab olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031