SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyanın ən çox alınan avtomobil markaları və modelləri məlum olub

Dünyanın ən çox alınan avtomobil markaları və modelləri məlum olub
16-05-2021, 15:12

Dünyada ən çox alınan avtomobil markaları Yaponiyanın “Toyota” şirkətinə məxsusdur.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Automotive Touch Up” şirkətin hazırladığı və 110 ölkəni əhatə edən araşdırmada bildirilir.

Sənədə əsasən, ötən il 44 ölkədə “Toyota”ya üstünlük verilib. Siyahıda növbəti yerlərdə Almaniyanın “Volkswagen” (17 ölkə), Fransanın “Renault”, Cənubi Koreyanın “Hyundai” (hər biri 5 ölkə), ABŞ-ın “Chevrolet” (4 ölkə) şirkətlərə qərarlaşıb.

Maraqlıdırı ki, "Toyota"nın fəaliyyət göstərdiyi Asiya regionunda bu markaya üstünlük verilsə də, qitənin ən böyük ölkəsi Çində “Volkswagen” ən populyar avtomobil markası seçilib.

Araşdırma Afrika ölkələrinin əksəriyyətini əhatə etməsə də, Cənubi Afrikada “Toyota”ya, Şimali Amerikada “General Motors” və “Ford”a, Cənubi Amerikada "Chevrolet”, “Renault”, “Toyota” və “Volkswagen”ə, Avropada isə daha çox yerli markalara üstünlük verildiyi məlum olub.

Qlobal miqyasda ən çox istifadə olunan avtomobil modelləri isə “Toyota Hilux” (14 ölkə), “Toyota Corolla”, “Toyota Land Cruiser” və “Skoda Octavia” (hər biri 6 ölkə), həmçinin “Toyota RAV4” və “Renualt Clio” (5 ölkə) olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031