SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin hava yollarından bu ilin ilk dörd ayı ərzində 24 milyona yaxın sərnişin istifadə edib

Türkiyənin hava yollarından bu ilin ilk dörd ayı ərzində 24 milyona yaxın sərnişin istifadə edib
15-05-2021, 23:21

COVID-19 pandemiyasına baxmayaraq, bu ilin ilk dörd ayı ərzində Türkiyənin hava yollarından ümumilikdə 23 milyon 864 min 835 sərnişin istifadə edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İdarəsindən bildirilib.

Bu müddət ərzində qardaş ölkənin hava limanlarından ümumilikdə 385 min 40 səfər həyata keçirilib. Onlardan 185 min 156-ı daxili, 84 min 201-i xarici, digərləri isə tranzit və ya karqo reysləridir.

Bu ilin yanvar-aprel ayları ərzində dünyanın ən böyük aeroportlarından olan İstanbul hava limanından isə 64 min 466-a təyyarə və 7 milyon 591 min 523 sərnişin istifadə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930