SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada bir gündə 13 minə yaxın şəxs virusdan ölüb

Dünyada bir gündə 13 minə yaxın şəxs virusdan ölüb
15-05-2021, 23:11

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 161,51 milyonu ötüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 677 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 12 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 161 513 458 yoluxma, 3 352 109 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 677 387, ölənlərin sayı 12 936 artıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930