SON DƏQİQƏ

naxcivanxeberleri.com

Seçkiyə qatılmayan Serj Sarqsyan seçki haqqında məsləhətlər verəcək

Seçkiyə qatılmayan Serj Sarqsyan seçki haqqında məsləhətlər verəcək
15-05-2021, 16:00

Ermənistanın keçmiş prezidenti, müxalif Respublika partiyasının sədri Serj Sarqsyan növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə NAXCİVANXEBERLERİ.COM “İnterfaks.ru”ya istinadən xəbər verir.
"Mən bildirdim ki, yüksək dövlət postuna daha iddia etmirəm. Adım (seçkiqabağı - red) siyahıda olmayacaq. Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı", - o, jurnalistlərə deyib.

Bununla belə, Serj Sarqsyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanla yeni seçki bloku yaradıb.
Həftənin əvvəllərində Ermənistan prezidenti Armen Sarkisyan iyunun 20-də ölkədə parlament seçkilərinin keçirilməsi haqqında fərmanı imzalayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930