SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna yeni qoşun növü yaradacaq

Ukrayna yeni qoşun növü yaradacaq
15-05-2021, 15:00

Ukrayna prezidenti Volodimir Zelenski milli kiber qoşun bölməsinin yaradılması haqqında fərmanı imzalamağa hazırlaşır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna" telekanalının efirində bildirib.

"Bu qərar iclasda iştirak edən 21 üzvün hamısı tərəfindən yekdilliklə dəstəklənib. Düşünürəm ki, yaxın vaxtlarda prezidentin bununla bağlı fərmanı olacaq", - A.Danilov qeyd edib.

Şuranın katibinin sözlərinə görə, ötən gün keçirilən qapalı iclasda səkkiz məsələ müzakirə edilib. Onların arasında Ukraynanın kibertəhlükəsizliyi strategiyası, həmçinin ölkənin bioloji təhlükəsizliyi mövzuları da var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930