SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir

Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
15-05-2021, 10:55

Rusiya 25 may tarixindən etibarən İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrini bərpa etdi.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısını alınması üzrə əməliyyat qərargahında məlumat verilib.

Məlumatda deyilir: "Müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda, 2021-ci il 25 may tarixindən etibarən aşağıdakı dövlətlərlə müntəzəm beynəlxalq uçuşların davam etdirilməsinə qərar verilib: İslandiya (Moskva - Reykyavik həftədə iki dəfə), Malta (Moskva - Valletta həftədə iki dəfə); Meksika (Moskva - Kankun həftədə üç dəfə); Portuqaliya (Moskva - Lissabon həftədə üç dəfə); Səudiyyə Ərəbistanı (Moskva - Ciddə həftədə üç dəfə; Qroznı - Ciddə həftədə bir dəfə; Mahaçqala - Ciddə həftədə bir dəfə)", - mesajda deyilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930