SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində yenidən koronavirus yayılır

Çində yenidən koronavirus yayılır
15-05-2021, 10:00

Çinin İnkou şəhərində COVID-19-a iki yoluxma aşkar edilib.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gigiyena və Səhiyyə məsələləri üzrə şəhər komitəsi məlumat yayıb.

Məlumata görə, şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma aşkarlanıb.

Qeyd edilir ki, virusun aşkarlandığı şəhərin əhalisi təxminən 2,3 milyon nəfər təşkil edir.

Bütün yoluxanlar bir müəssisənin əməkdaşlarıdır. İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.

Qeyd edilir ki, hazırda 217 nəfər karantinə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930