SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
11-05-2021, 17:17

İranda ötən sutka ərzində 307 nəfər koronavirusdan (COVID-19) ölüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 75 568 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 18 133 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 691 352 nəfərə çatıb. Virus daşıyıcılarından 5 522 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 144 197 nəfər koronavirusdan sağalıb, 17,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,88 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,57 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 312 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 46 rayon qırmızı və 263 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 139 rayon sarı zona hesab olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930