SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan parlamenti buraxıldı

Ermənistan parlamenti buraxıldı
10-05-2021, 21:45

Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə bir deputat səs verib, 76 deputat isə bitərəf qalıb. Beləliklə Paşinyan yenidən baş nazir postuna seçilməyib

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir.

Bundan sonra, ölkə prezidenti Armen Sarkisyan növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Qeyd edək ki, Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. Texniki prosedura uyğun olaraq, baş nazirin ardından ölkə hökuməti də istefaya gedib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031