SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində naməlum dinozavr cinsinin qalıqları tapılıb

Çində naməlum dinozavr cinsinin qalıqları tapılıb
6-05-2021, 18:52

Çinin cənub-qərb regionunda Yura dövründə (150-200 milyon il bundan əvvəl) yaşamış, indiyədək bilinməyən dinozavr cinsinin sümük qalıqları aşkarlanıb.

NAXCİVANXEBERLERİ.COM “Xinhua”ya istinadən xəbər verir ki, Yunnan Universitetinin tədqiqat qrupu 1,7 metrə yaxın boyu olan həmin kərtənkələnin təxminən üç yaşında olduğunu, daşqın zamanı suda tələf olduğunu, iynəyarpaqlı bitkilərlə qidalandığını müəyyənləşdirib. Konkret hansı növə aid olduğu bilinməsə də, həmin dinozavrın nisbətən uzun boğaza və quyruğa, kiçik başa malik zavropodlar qrupundan olduğu fikri irəli sürülüb.

Bu tapıntı Yunnan əyaləti Çusiong Yi Muxtar Prefekturasının Lufenq qəzasında qeydə alınıb. Hələ 1958-ci ildə həmin ərazidə qalıqları aşkarlanmış 30-dan artıq dinozavr növündən birinə lufenqozavr adı verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930