SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Volkswagen" mənfəətini artırır

"Volkswagen" mənfəətini artırır
6-05-2021, 17:24

Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen Group”un mənfəəti bu ilin birinci rübündə 3,4 milyard avroya çatıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,6 dəfə çoxdur.

NAXCİVANXEBERLERİ.COM “Prime”a istinadən xəbər verir ki, şirkətin hesabatına görə, həmin dövr ərzində əməliyyat mənfəəti 4,81 milyard avro, yəni səhmbaşı 6,51 avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 dəfə artıqdır.

Qarşıdakı dövrdə bazardakı mürəkkəb vəziyyətə, rəqabətin artmasına baxmayaraq satışların daha da artacağı güman edilir.

Xatırladaq ki, "Volkswagen Group" "Volkswagen", "Audi", "Skoda", "Seat" markalarını, həmçinin "Lamborghini", "Bentley", "Bugatti" kimi məşhur luks brendlərini ehtiva edir. Bununla yanaşı, "Volkswagen Commercial Vehicles" və "Scania" markaları ilə yük maşınları da istehsal olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930