SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub

Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
5-05-2021, 22:48

Qırğızıstan prezidenti Sadır Japarov bu gün "Qırğızıstan Nazirlər Kabineti haqqında" fərman imzaladı.

NAXCİVANXEBERLERİ.COM-un "Kabar"-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsi xəbər verib.

11 aprel 2021-ci il tarixli referendumla qəbul edilmiş konstitusiya ilə prezident idarəetmə forması, icra, qanunverici və məhkəmə orqanlarının formalaşması üçün yeni qayda müəyyən olunur.


Fərmana əsasən, dövlət başçısı Qırğızıstan Respublikası hökumətinin istefa etdiyini nəzərə alaraq və "Qırğızıstan Konstitusiyası haqqında" 5 May 2021-ci il tarixli 59 saylı Qanununun 4-cü maddəsini rəhbər tutaraq ölkə hökumətini Qırğızıstan Nazirlər Kabineti ilə əvəz olunması barədə qərar verib.

Həmçinin Qırğızıstan Nazirlər Kabineti Qırğızıstan hökumətinin varisi hesab olunacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930