SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır

Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
5-05-2021, 16:08

"Amazon" şirkətinin təsisçisi Ceff Bezosa məxsus "Blue Origin" aerkosmik şirkəti Yerin ətrafında uçuşlar üçün bilet satışına başlayacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, uçuşun detalları, vaxtı və digər məlumatlar bu gün ərzində açıqlanacaq.

Qeyd olunur ki, "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisi Yerin ətrafında suborbital uçuş keçirəcək.

Mütəxəssislər biletin dəyərinin 200-250 min dollar ətrafında ola biləcəyini ehtimal edir. "New Shepard" 6 nəfər sərnişingötürmə qabiliyyətinə malikdir.

Bundan başqa, "SpaceX" və "Virgin Galactic" şirkətləri də turistik kosmik uçuşları keçirmək niyyətindədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930