SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meksikada qatar körpüsü çöküb - Onlarla ölü və yaralı var

Meksikada qatar körpüsü çöküb - Onlarla ölü və yaralı var
4-05-2021, 14:00

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum deyib.

Onun sözlərinə görə, 49 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 7 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Mexiko metrosunda yanvar ayında da ciddi qəza baş vermişdi. Həmin hadisə nəticəsində 1 nəfər həlak olmuş, 29 nəfər xəsarət almışdı. Qəzadan sonra Mexiko metrosu 3 gün fəaliyyətini dayandırmışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31