SON DƏQİQƏ

naxcivanxeberleri.com

İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb

İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb
23-04-2021, 18:21

Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə İstanbulun Çamlıca təpəsində qaldırılan ölkənin ən yüksək bayraq dirəyində dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasim ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti 100-cü ildönümünə yaxınlaşan respublikanı terrorla mübarizədən tutmuş iqtisadi tələlərə qədər bir çox çətinliklərə baxmayaraq, hər sahədə böyütmək və gücləndirməklə gələcək nəsillərə çatdırmaq uğrunda çalışdıqlarını bildirib.

İstanbulun demək olar hər bölgəsindən görünəcək 937,5 kvadratmetrlik bu bayraq 111 metr yüksəklikdə dalğalanır.

2021-ci il yanvarın 31-də inşasına başlanılan bayraq dirəyinin ağırlığı təxminən 100 tondur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31