SON DƏQİQƏ

naxcivanxeberleri.com

NASA Marsda oksigen yaratmağa nail olub

NASA Marsda oksigen yaratmağa nail olub
23-04-2021, 13:12

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Marsda yeriyən “Perseverance” adlı qurğunun köməyi ilə bu planetin səthində karbon qazından oksigeni ayırmağa nail olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Moxie – Mars Oxygen In-situ Resource Utilization Experiment” adlanan qurğu 5 qram oksigen istehsal edib. Bu qədər oksigen astronavtın Marsda təqribən 10 dəqiqə nəfəs ala bilməsi üçün kifayətdir.

NASA-da belə hesab edirlər ki, gələcəkdə Marsa uçan insanlar özləri ilə çoxlu oksigen yox, yeni qurğunun böyüdülmüş versiyasını götürəcəklər. Oksigen raketin kimyəvi tərkibinin ayrılmaz hissəsidir.

Məlum olduğu kimi, Mars atmosferində karbon qazı 96 faiz, oksigen isə cəmi 0,13 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Yer atmosferində oksigenin miqdarı 21 faizdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31