SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verib

Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verib
22-04-2021, 16:14

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Sankt-Peterburqdan 15 ölkəyə, o cümlədən Azərbaycana uçuşlar üçün 3 aviaşirkətə icazə verib.

NAXCİVANXEBERLERİ.COM “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, “Aeroflot”, “S7 Airlines” və “PEGAS Fly” aviaşirkətlərinə Sankt-Peterburqdan uçuşlar həyata keçirmək icazəsi verilib.

Uçuşların icazə verildiyi ölkələr sırasında Azərbaycanla yanaşı, Belarus, İordaniya, Çin, Şimali Makedoniya, Moldova, Marokko, Ermənistan, Serbiya, Sloveniya, Tayland, Xorvatiya, Çernoqoriya, eləcə də Kipr və Maldiv adaları var.

Lakin “Rosaviasiya”nın məlumatında bildirilir ki, icazələrin verilməsi adıçəkilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün əsas və ya qərar sayıla bilməz. İcazə yalnız uçuşlar bərpa edildikdən sonra aviaşirkətlərin istifadə edə biləcəyi hüquqdur.

Martda “Rosaviasiya” 3 aviaşirkətə – “Azimut”, “Red Wings” və “Ural Hava Yollarına” Rusiyanın 11 şəhərindən Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə icazə verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31