SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin ilk üzən LNG gəmisi ölkəyə gətirilib

Türkiyənin ilk üzən LNG gəmisi ölkəyə gətirilib
22-04-2021, 16:07

Türkiyə dənizçilik tarixində ilk üzən LNG saxlanması və qazlaşdırılması gəmisi-“ Ertuğrul Qazi” ölkəyə çatıb.

NAXCİVANXEBERLERİ.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Gəmi Hatayda BOTAŞ Dörtyol Terminalında yerləşdirildi. Test prosedurlarından sonra istismara veriləcək gəmimiz, ölkəmizin təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, gəmi ötən il Cənubi Koreyada inşa edilib və gündəlik qazlaşdırma gücü 28 milyon kubmetr olan “ Ertuğrul Qazi” dünyanın ən yüksək tutumlu gəmilərindəndir. Onun uzunluğu 295 metr, eni 46 metr, hündürlüyü 63 metrdir. Gəminin LNG saxlama tutumu 170 min kubmetrdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31